Sibel Can haqda şok iddia - Video

Sibel Can haqda şok iddia - Video
6327 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sibel Can haqqında gözlənilməz iddia irəli sürülüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmkarı Alihan Sibel Canın "Qış nağılı" (Kış masalı) adlı mahnısının onun musiqisindən oğurlandığını iddia edərək onu məhkəməyə verməyi düşünür.

Məlumata əsasən, "Qış nağılı"nın musiqisi "Bu qadın niyə ağlayır" (Bu kadın neden ağlıyor) adlı mahnıdan oğurlanıb. Bu barədə danışan Alihan deyib:

"Sibel Canı bağışlamayacam. Mənim mahnımla milyon dollar qazanıb. Mən də öz haqqımı tələb edirəm. Ona qarşı 500 min dollarlıq dava açmışam. Bundan sonra mahnımı heç harada oxuya bilməyəcək".