İradə ilə Elgiz küsülü imiş

İradə ilə Elgiz küsülü imiş
1569 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Elgiz Əkbər müğənni İradə İbrahimova ilə küsülü imiş.

Axşam.az-ın məlumatına görə, bu haqda Elgiz özü "Səhər-səhər" verilişində deyib. O bildirib ki, küsülülyə səbəb onun İradə haqda dediyi sözlər olub:

"İradə ilə görüşmüşəm, hörmətim olub. Türkiyədə bir oğlan var Cem Yılmaz, İradənin mahnısını oxuyub. Bu xəbər səhərdən başlandı, haranı açırdım bunu görürdüm. Bezdim... Yazdım ki, nədir bu, nə hadisədir, böyük mədəniyyət hadisəsi deyil axı. Heç İradəni nəzərdə tutmamışdım. Bunu düzüb-qoşub necə təqdim etdilər. Guya demişəm ki, nə biabırçılıqdır. Ona yaxın olan adamlar mənə zəng etdilər".