Xəbər verdiyimiz kimi, prodüser Təranə Səmədovanın vəkili Janna Bağırovanın Bakı Apellyasiya Məhkəməsində qaldırdığı vəsatət təmin edilməyib.
Axşam.az-ın məlumatına görə, Səmədova həbsdən azad olmaq üçün Ali Məhkəməyə müraciətdən imtina edib.
Qeyd edək ki, prodüser barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan olunub. Təranə 1 il azadlıqdan məhrum edilib.