"Elə fikirləşirlər ki, qızları asan əldə edirəm" - Azər Atakişiyev

"Elə fikirləşirlər ki, qızları asan əldə edirəm" -  Azər Atakişiyev
5414 dəfə oxunub
  • A-
  • A
  • A+

“Best model of Azerbaijan 2010” müsabiqəsinin qalibi Azər Atakişiyevin Axşam.az-a müsahibəsini təqdim edirik:

- Model sahəsinə gəlməyiniz necə baş verdi?

- Peşəkar idmanla – “Pankratrion” idmanı olan qaydasız döyüşlə məşğul idim. Avropa çempionatından dönəndə “Best model of Azerbaijan”ın reklamları gedirdi. Heç ağlımdan belə keçmirdi ki, nə vaxtsa, model olaram. Məşq yoldaşlarım təklif etdi ki, birlikdə seçim turlarına qatılaq. Mən də razılaşdım. Elə oldu ki, qalib seçildim. Bununla da modellik karyeram başladı.

"AİLƏM BAKIYA SONRADAN GƏLİB GÖRƏNLƏRDƏN DEYİL"


- Ailəniz qərarınızı necə qarşıladı?

- Ailəm mənə heç vaxt qarşı çıxmadı. Çünki Bakıya sonradan gəlib görənlərdən deyillər.



- Neçə ildir bu sənətdəsiniz. Daha da irəli getmək üçün nələri qurban verərdiniz?

- Sənət üçün çox şeydən keçmək olar, amma ailə, yaxın dostlarını itirməmək lazımdır. Bunlardan heç vaxt keçmərəm.

- Qarşıdakı hədəfləriniz nələrdir?

- Karyeramın bu nöqtəyə gəlməsi üçün çox işlər görmüşəm, qarşıdakı hədəflərim Türkiyədə aktyorluq və Avropada modellik sahəsində inkişaf etmək, daha da irəli getməkdir.

- Hazırda sizi nə qıcıqlandırır?

- Televiziya və incəsənətdə olanların heç bir istedadının olmaması, ölkəmizin adına üzücüdür. Lakin bunlara fikir vermirəm və öz işimlə məşğulam, düzü, onlar mənə maraqlı deyillər.




- Bəs kimlərə həsəd aparırsınız?

- Həsəd apardığım adam yoxdur, çünki kimsə bacarıqlıdırsa, bu, onun uğurudur. Təbii ki, söhbət həqiqətən də istedadlı insanlardan gedir.

- Ailədən kənarda qalmaq çətin deyilmi?

- Çətin olsa da, başa düşürəm ki, istədiyim hədəflərə çatmaq üçün bunu etməliyəm. Lazım olanda ailəmi və vətənimi görmək üçün Bakımıza gəlirəm.

- Sosial şəbəkədə paylaşdığınız son fotosessiyada fərqli kadrlar var...

- Bu fotolarımı sevdiyim, kreativ dostum Nata Göbel çəkib. Biz onunla Almaniyanın Münhen şəhərində 2012-ci ildə tanış olmuşuq. Onunla 2016-cı ildə İtaliyanın Milan şəhərində model olaraq çalışarkən də çəkiliş etmişdik. Nata xanım artıq Bakıda yaşadığına görə, çəkilişi də orada etdik.


"... QIZLARI ASANLIQLA ƏLDƏ EDİRSƏN"


- Yaraşıqlı olmağın avantajı olduğu kimi, pis tərəfləri də var. Avantajı nələrdir?

- Avantajı odur ki, çox insanın diqqət mərkəzində olursan. Pis tərəfi isə bilmirsən ki, kim səni sevir, həqiqətən rəğbət bəsləyir. Məsələn: kənardan elə fikirləşirlər ki, qızları asanlıqla əldə edirsən.

Amma model olmağımdan istifadə edib aşağı düşüncələrə, həvəslərə qaçmamışam. Bu işə peşəkar yanaşanlar heç də “asanlıqla qız əldə edəcəm” deyə düşünməz. Bu, mənim üçün sadə bir işdir. Bir xanıma dəyər verəcəyəmsə, gözəlliyi önəm daşımır. Əsas önəmli olan onun xarakterinin, tərbiyəsinin, düşüncəsinin hansı “level”də olmasıdır. Gözəllik isə bunlardan sonra gəlir.



- Bu, "daxili gözəllik önəmlidir" məsələsi ilə razıyam, amma boynumuza alaq ki, ilk bizi cəlb edən qadının görüntüsü olur...

- Təbii ki, görüntüsü ilə razılaşıb oturursan və tanımağa başlayırsan. Daxili iyrənc çıxdığı halda isə görünüşün heç bir əhəmiyyəti yoxdur.

- Deyək ki, hər şey mükəmməldir, amma kaprizləri var. Kapriz çəkməyə səbriniz var, yaxud sizin kaprizlərinizi çəkən birinin sorağındasınız?

- Xanımın kaprizini çəkmək lazımdır, lakin hər şeyin bir həddi var (gülür).



- Yaşca sizdən böyük olan xanımlardan intim təkliflər almısız?

- Növbəti suala keçsək, olar?

- Susmaq razılıq əlamətidir.

- Susuram... (gülür)

- Belə baxıram ki, cavab da müsbət olub.

- Xeyr!


- Almamısınız, ya alıb razı olmamısınız? Bu, hansının cavabı idi?

- Əslində, olub. Amma intim münasibəti insan bəyəndiyi biri ilə yaşıyar. Hər hansı təklif aldığı biri ilə yox.

Pərviz HÜSEYN

Foto: Nata Göbel