“Dahi hekayəçi” baletinin premyerası olub

“Dahi hekayəçi” baletinin premyerası olub
222 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni ilin ilk premyerası - Frans Şubertin musiqisi əsasında səhnəyə qoyulmuş “Dahi hekayəçi” baleti təqdim olunub.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, görkəmli Danimarka yazıçısı Hans Xristian Andersenin nağıllarına həsr olunan baletin süjet xəttini yazıçının “Kənd xoruzu və flüger”, “Qar kraliçası”, “Düyməcik”, “Qalay əsgər”, “Sehrli dibçək”, “Kralın təzə libası” kimi dünyaca məşhur nağılları təşkil edir. Andersenin nağılları əsasında baletin librettosunu Əjdər Ulduz yazıb. Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrının balet truppasının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova, dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

Baletdə teatrın balet truppasının artistləri iştirak edib. Əsas rollarda Əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Fərid İbrahimov, solistlərdən Elmira Süleymanova, Anar Mikayılov, Timur Oduşev, Ayan Eyvazova, Cəmilə Kərimova və digərləri çıxış ediblər.

Azyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş baletin son dərəcə gözəl musiqisi, orijinal xoreoqrafiyası, baxımlı dekorasiya və səhnə kostyumları uşaqlar və onların valideynlərinin xoşuna gəlib, səhnə əsəri maraqla qarşılanıb.