Fotoqraflar mükafatlandırıldı

Fotoqraflar mükafatlandırıldı
379 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında “Fotokadr 2018” adlı təqdimat və mükafatlandırma mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, rəsmi şəxslər, fotoqraflar və KİV nümayəndələri iştirak ediblər.

Bildirilib ki, təqdim olunan 478 mükafatı əldə etmək üçün dünyanın 60 ölkəsindən 1011 fotoqraf bu yarışlara 17 min 69 foto göndərib. Fotoların qiymətləndirilməsi beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində Azərbaycan, Gürcüstan, Serbiya, Makedoniya və Monteneqrodan olan peşəkar fotoqraflardan ibarət münsiflər tərəfindən aparılıb.

Tədbir çərçivəsində iştirakçılara “Autumn Circuit 2018” fotomüsabiqəsində qalib gəlmiş fotolardan ibarət videoçarx nümayiş olunub. Sonra azərbaycanlı fotoqrafların mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunub.

Foto: İlqam CƏBİYEV