Silikonları partlayan model ölümdən döndü - Fotolar

Silikonları partlayan model ölümdən döndü - Fotolar
2982 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçmiş Britaniyalı model Daniel Loyd qatıldığı proqramda səmimi açıqlamaları ilə gündəm olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Daniel dəfələrlə sinəsini böyütmək üçün bıçaq altına yatmasına baxmayaraq hazırda qadınlara bu əməliyyatı qəti surətdə tövsiyə etmir. Buna səbəb gecə saatlarında modelin sinəsindəki silikonların partlamasıdır.

Bu barədə danışan Loyd bildirib:

"Səhər açılanda hər yerim qan içində idi. Gecə yuxudaykən silikonlarım partlamışdı. 3 litrə yaxın qan itirmişdim, xəstəxanaya vaxtında çatdırılmasaydım, qanaxmadan öləcəkdim".