Rahat yatmaq üçün bunları bilmək vacibdir

Rahat yatmaq üçün bunları bilmək vacibdir
2540 dəfə oxunub
  • A-
  • A
  • A+
Gecəni rahat yatmağa hər bir insanın ehtiyacı var. Lazımı qədər yatmasanız, qan şəkəriniz yüksələ, depressiyaya meyilli vəziyyət yarana bilər. Hətta beyninizdə belə müəyyən problemlərlə qarşılaşa bilərsiniz.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, sağlamlığınızı düşünərək ən az 8 saat yatmağınız vacib hesab edilir. Bunun üçün sizə aşağıdakı tövsiyyələrə əməl etməyiniz lazımdır:
 
1. Hər gecə yatmamışdan qabaq üzünüzü yuyun, dişlərinizi fırçalayın, işıqları söndürün.

2. Əgər evdəsinizsə, yuxunuz qəfildən gəlirsə, mütləq həmin an bütün işlərinizi buraxıb yatın. Əks halda, gecəni narahatlıqla və gec yata bilərsiniz. Bu da sizin üçün yaxşı olmaz.

3. Yeni yuyulmuş yastıq üzü və yataq dəslərindən istifadə edin. Belə olan halda, gecə rahat dönə və sakit yata bilərsiniz. Bundan başqa, yatmazdan öncə otağınıza bir az əti vurun.

4. Saatı olduğunuz otaqda saxlamayın. Saatın səsi sizi narahat etməmək üçün və gecə yarı yuxudan oyanmış olduğunuz halda görüb əsəbləşməməyiniz üçün onu gözünüzdən kənar bir yerə qoyun.

5. Yastığınızı qabartılmış vəziyyətə salın. Bu rahat yuxuya getməyə kömək edir.

6. Düzgün yastıq seçin. Yastıq yumşaq olmalıdır, ancaq çox yüksək olmalı, boynunuzu dəstəkləməli şəkildə dayanmalıdır. 

7. Pəncərələrinizə qalın pərdə taxın. Hətta çöldəki işıqların yanması belə sizin yatmağınıza mane ola bilər.
 
8. Yataq otağınızı təmiz saxlayın və rahatlayıcı rənglərdən istifadə edin. Otaqda elə rənglər olmalıdır ki, insanı yuxuya tez apara bilsin.

9. Yatmadan öncə bir ovuc çərəz, ya da meyvə yeyin. Bunlar yuxunuzun tez gəlməyinə yaxşı təsir bağışlayacaq. Ondan əlavə bir stəkan ilıq süd də içə bilərsiniz.

10. Yataqda olarkən gündəliyinizə 10 dəqiqə vaxt ayırın. Gün ərzində yaşadığınız hadisələr, hiss etdiyiniz duyğuları yazın ora, beləcə də yuxuya rahat getmiş olarsınız.