Sevgilisi ilə fotosunu çəkənlərə əsəbiləşdi

Sevgilisi ilə fotosunu çəkənlərə əsəbiləşdi
1508 dəfə oxunub
  • A-
  • A
  • A+

Dörd aydır sevgi münasibəti qurduğu Mustafa Aksakkalı ilə restoranların birində yemək yeyən türkiyəli aktrisa Ezgi Mola fanatlarına əsəbiləşib.

Axşam.az xəbər verir ki, yan masada əyləşənlərin onların fotosunu çəkməsi sənətçini özündən çıxarıb.

O, “Əziz dostlar, artıq jurnalist olmayanların gizli-gizli məşhurları çəkmək sevdası sona yetsin. Jurnalist işini görsün, aktyor oyununu oynasın. Əgər sevirsinizsə, gəlin, “sevirəm” deyin. Onlara “Vaxtımı almayın, hülqumunuzu sıxaram” demək istəyirəm. Əgər sevmirsinizsə, gizli-gizli məşhurların fotosunu çəkməyin” deyə, bildirib.

Qeyd edək ki, Ezgi Mola Şahan Gökbaharla çəkildiyi “Celal ile Ceren” filmindən sonra daha da məşhurlaşıb.