Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
866 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə son sutka ərzində koronavirusdan 71 nəfər dünyasını dəyişib, 1 511 nəfər isə virusa yoluxub.

Axşam.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 7 929-a, yoluxanların sayı isə 312 966-ya yüksəlib.

Son 24 saat ərzində 1 232 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Ümumilikdə sağalan xəstə sayı 274 514-ə çatıb.