Türkiyədə 1402 nəfər koronavirusdan sağaldı - 63 xəstə öldü

Türkiyədə 1402 nəfər koronavirusdan sağaldı -  63 xəstə öldü
361 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 63 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

O qeyd edib ki, son 24 saatda 114 857 şübhəli koronavirus testindən keçib, onlardan 1442-nin cavabı pozitiv çıxıb, 1402 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1455 nəfər olub.  

Türkiyədə ümumilikdə 321 512 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 282 657 nəfər sağalıb, 8325 nəfər ölüb.