Türkiyədə 1229 nəfər koronavirusdan sağaldı - 55 xəstə öldü

Türkiyədə 1229 nəfər koronavirusdan sağaldı -  55 xəstə öldü
249 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 55 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

O qeyd edib ki, son 24 saatda 112 421 şübhəli koronavirus testindən keçib, onlardan 1551-nin cavabı pozitiv çıxıb, 1229 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1414 nəfər olub.  

Türkiyədə ümumilikdə 327 557 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 287 599 nəfər sağalıb, 8553 nəfər ölüb.