Dünyada koronavirusa yoluxma sayı 36 milyonu keçdi

Dünyada koronavirusa yoluxma sayı 36 milyonu keçdi
173 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyada son sutka ərzində koronavirusa yoluxma sayı 338 779 artaraq, 36 002 827 olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən gecə məlumat yayıb. Bildirilib ki, ötən gün rekord yoluxma qeydə alınıb.

Oktyabrın 8-nə olan məlumata görə, dünyada koronavirusdan ölənlərin ümumi sayı 1 049 810 nəfərə çatıb.

Son sutkada ölənlərin sayı 5514 nəfər olub.

Qeyd edək ki, ÜST-ün təqdim etdiyi statistika dövlətlər tərəfindən verilən rəsmi məlumatlar əsasında tərtib edilir.