Türkiyədə 1301 nəfər koronavirusdan sağaldı - 58 xəstə öldü

Türkiyədə 1301 nəfər koronavirusdan sağaldı -  58 xəstə öldü
534 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 58 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

O qeyd edib ki, son 24 saatda 115 605 şübhəli koronavirus testindən keçib, onlardan 1614-nün cavabı pozitiv çıxıb, 1301 xəstə isə sağalaraq evə buraxılıb. 

Ağır xəstə sayı 1417 nəfər olub.  

Türkiyədə ümumilikdə 337 147 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 8895 nəfər ölüb.