Türkiyədə 1512 nəfər koronavirusdan sağaldı - 74 xəstə öldü

Türkiyədə 1512 nəfər koronavirusdan sağaldı -   74 xəstə öldü
362 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 74 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

O qeyd edib ki, son 24 saatda 116 565 şübhəli koronavirus testindən keçib, onlardan 1894-nün cavabı pozitiv çıxıb, 1512 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1545 nəfər olub.  

Türkiyədə ümumilikdə 351 413 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9445 nəfər ölüb.