41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib

41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib
779 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision-2021” beynəlxalq mahnı müsabiqəsində 41 ölkə yarışmada iştirakını artıq təsdiqləyib.

Axşam.az verir ki, bu barədə yarışmanın mətbuat xidmətindən bildirilib.

Gələn il Hollandiyanın Rotterdam şəhərində keçirilməsi nəzərdə tutulan müsabiqədə Azərbaycan, Rusiya, Avstraliya, Avstriya, Norveç, Ukrayna, Böyük Britaniya, İspaniya, İtaliya, Yunanıstan, Fransa, Almaniya, Ermənistan və başqa ölkələr iştirak edəcəklər.

“Eurovision 2021”in yarımfinalları mayın 18 və 20-də, finalı isə mayın 22-də keçiriləcək.

Yarışmanın şərtlərinə görə, bu ilin mahnıları 2021-də təqdim oluna bilməz.

Qeyd edək ki, yarışma bu il koronovirus pandemiyasına görə təxirə salınmışdı.