Həmidə Ömərovanın ad günüdür - fotolar

Həmidə Ömərovanın ad günüdür - fotolar
3510 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün xalq artisti, aktrisa Həmidə Ömərovanın doğum günüdür.

Axşam.az-ın məlumatına görə, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinoşünaslıq” kafedrasında dosent vəzifəsində çalışan aktrisanın 57 yaşı tamam olur.

Həmidə Ömərova 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakultəsində təhsil alıb. 1979-1993-ci illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992-1993-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb, "Qorxma, mən səninləyəm, "Burulğan", "Gümüşü furqon", "Yol əhvalatı", "Qəzəlxan" kimi 49-dan yuxarı filmdə çəkilib, 500-dən çox bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib.

Həmidə Ömərova "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci illər", "Amerika kino tarixi" kitablarının müəllifidir. 1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına, 1988-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2005-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.

Sevimli aktrisamızı ad günü münasibətilə təbrik edirik!