"Saat 08.00-dən 13.00-dək Ağcabədi, Tərtər və Ağdama 100-dən çox top mərmisi atılıb"

"Saat 08.00-dən 13.00-dək Ağcabədi, Tərtər və Ağdama 100-dən çox top mərmisi atılıb"
181 dəfə oxunub
  • A-
  • A
  • A+

“Saat 08.00-dən 13.00-dək Azərbaycanın Ağcabədi, Tərtər, Ağdam rayonlarının ərazisinə 100-dən çox top mərmisi atılıb, mülki vətəndaşlar hədəf alınıb”.

Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Bu, Ermənistanın humanitar atəşkəslə bağlı öhdəliklərini necə yerinə yetirdiyini göstərir. Xoşbəxtlikdən vətəndaşlar arasında itki yoxdur”, - deyə Prezidentin köməkçisi vurğulayıb.