Gün ərzində Azərbaycanın yaşayış məntəqələrinə 200-dən çox mərmi atılıb

Gün ərzində Azərbaycanın yaşayış məntəqələrinə 200-dən çox mərmi atılıb
415 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər rayonunu intensiv atəşə tuturlar. Artilleriya və raketlərdən istifadə olunur".

Axşam.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.

O qeyd edib ki, artilleriya və raketlərdən istifadə olunur:

"Bu gün ərzində Tərtər daxil olmaqla Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılmışdır".