Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu

Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu
14222 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Mənsum İbrahimovun qardaşı Zülfüqar İbrahimovun oğlu Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Axşam.az “BakuPost”a istinadən xəbər verir ki, şəhidimiz bu gün Ağdamda dəfn edilib.

M.İbrahimov açıqlamasında bildirib ki, qardaşı oğlu Azərbaycanın 4 rayonunun işğaldan azad edilməsində bilavasitə iştirak edib:

“Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Ötən gün Laçın uğrunda gedən döyüşlərdə şəhid oldu. O ölməyib, Vətən uğrunda şəhid olub. Hazırda Ağdamda dəfn mərasimindəyik. Burada xalq izdihamı yaşanır. Bu xalqın iradəsini heç nə sarsılda bilməz. Xalqı bu cür olan dövlətin torpağı işğalda qalmaz. Təki, Vətən sağ olsun! Biz bir nəfər ölüb, min nəfər dirilərik!”.