Nizami Kino Mərkəzi Mel Gibsonun filmlərindən imtina etdi

Nizami Kino Mərkəzi Mel Gibsonun filmlərindən imtina etdi
2548 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 26-da amerikalı aktyor və rejissor Mel Qibsonun Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə verdiyi dəstək paylaşımı Nizami Kino Mərkəzinin haqlı etirazına səbəb olub.

Mərkəzin Mətbuat xidmətindən Axşam.az-a verilən açıqlamada bildirilib ki, onun bu paylaşımı Azərbaycanın tarixi, bu günü və sabahı haqqında heç bir məlumatının olmadığından xəbər verir və mərkəz tərəfindən işğala, terrorçuluğa dəstək kimi qəbul edilir.

“Bundan sonra etiraz olaraq Nizami Kino Mərkəzi onun iştirakı ilə çəkilən filmlərin nümayişindən imtina edir” deyə, Nizami Kino Mərkəzindən bildirilib.