Nazir həlak olan Aysudan yazdı - Foto

Nazir həlak olan Aysudan yazdı -  Foto
1975 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ermənistan silahlı qüvvələrinin dinc əhalimizə qarşı cinayət əməlləri davam etməkdədir. Çox təəssüf ki, bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub".

Axşam.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev öz feysbuk hesabında paylaşıb.

Nazir qeyd edib ki, həlak olan Aysun İsgəndərova Bərdə rayonu Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi idi.

"Allahdan şagirdimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm!".