"New-York Times"ın Qarabağ savaşından hazırladığı yazı - Fotolar

"New-York Times"ın Qarabağ savaşından hazırladığı yazı -  Fotolar
694 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın məşhur "New-York Times" saydı Qarabağ müharibəsindən yazı hazırlayıb.

Axşam.az xəbər verir ki, Karlotta Qall adlı jurnalist işğalçı Ermənistanın mülki əhalini atəşə tutmasından, cəbhəyə yaxın olan ərazilərdə yaşayan insanlardan bəhs edib.

Jurnalist yazıda qeyd edib ki, illərdir davam edən Qarabağ savaşının yenidən alovlanmasının səbəbkarı Ermənistan tərəfi olub:

"İllərdir Azərbaycan və Ermənistan liderləri mübahisəli Dağlıq Qarabağ ərazisinin statusu ilə bağlı müzakirələrin təxirə salınması barədə razılığa gəliblər. Ancaq bu yaz Ermənistanın populist baş naziri ərazini Ermənistanın bir hissəsi elan etməsi ilə vəziyyət dəyişib.

1990-cı illərdə torpaqları işğal edilən Azərbaycan tərəfini Ermənistanın baş nazir Nikol Paşinyanın dedikləri qəzəbləndirib. Onları daha da qəzəbləndirən onun bu çıxışı azərbaycanlıların mədəniyyət paytaxtı kimi qəbul etdiyi, lakin müharibə zamanı itirilən ərazilərdə yerləşən Şuşada etməsi olub".

Məqalədə İkinci Qarabağ müharibəsinin 1 ay əvvəl başladığı, Azərbaycanın Ermənistanın 26 il əvvəl işğal etdiyi torpaqlarını azad etməkdə qərarlı olduğu vurğulanıb:

"Ermənistan Azərbaycan ərazisinin 13 faizini işğal edərək 800 min insanı evindən didərgin salıb".

Yazıda cəbhəyanı ərazilərdən fotolar yer alıb:

Prezident İlham Əliyevin dövlət telekanalında çıxışı və xalq onu dəstəkləyir

Ermənilərin törətdiyi terror nəticəsində həlak olan mülki şəxsin dəfn mərasimi

73 yaşlı Səriyyə Məhərrəmova - hər gün atəşə məruz qalan Tərtər şəhərində dörd nəfərlə birlikdə qaldığı sığınacaqda

Cəbhəyə yaxın olan Tərtər illər ərzində dəfələrlə erməni hücumuna məruz qaldı 

Atəşə məruz qalan insanlar Bərdədə məktəbdə sığınıblar

Məktəb Ağdam və Tərtərdə yaşayan insanlara sığınacaq verib

Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə, düşmən atəşinə məruz qalan ev