Azərbaycan Prezidenti İlham Əliyev Bərdə şəhərinin ermənilər tərəfindən raket atəşinə tutulması ilə bağlı “Twitter” hesabında paylaşım edib.

Axşam.az xəbər verir ki, paylaşımda deyilir:

“Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək”.

Son məlumata görə, Ermənistanın dünən və bu gün Bərdəyə raket zərbələri nəticəsində 26 mülki şəxs həlak olub, 82-yə yaxın şəxs yaralanıb.



                 

Xəbər lenti