“Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb”.

Axşam.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı fikirlərinə əlavə edib:

“Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur. Buna görə qarşıda bizi çox böyük xərclər gözləyir. İnfrastruktur, yollar, kommunikasiyalar, yaşayış yerləri, inzibati binalar. Buna görə də bu, yəqin ki, birinci mərhələdə ümumi daxili məhsulun həcminə, inşaat sektoruna çox müsbət təsir göstərəcək”.



                 

Xəbər lenti