İdeal bədən quruluşuna sahib olmaq üçün bunları mütləq oxuyun

İdeal bədən quruluşuna sahib olmaq üçün bunları mütləq oxuyun
3887 dəfə oxunub
  • A-
  • A
  • A+

Qarşıdan yay fəsli gəlir. Hər bir xanım çimərlik mövsümündə daha ideal bədən quruluşuna sahib olmaq istəyir. Bunun üçün fitneslə məşğul olmaq lazımdır. Bəzi xanımlar isə fitneslə məşğul olmağın onlarda böyük əzələlər əmələ gətirməsindən qorxurlar.

"Jeyhun Valiyev professional fitness club"un məşqçisi Xəqani Səlimov Axşam.az-a açıqlamasında bildirib ki, ağırlıq qaldırmaqla böyük əzələ yığmaq mümkün deyir:

“Bəzi xanımlar idman etməkdən, ağırlıq qaldırmaqdan qorxurlar ki, əzələ çıxacaq, kişiyə oxşayacağıq. Xanımlara demək istəyirəm ki, bu mümkün deyil. Onlar istəsələr də, oğlanlar kimi əzələli ola bilməzlər. Bunun üçün “testosteron” adlanan hormon olmalıdır. Bu da kişilərdə olan hormondur. Düzdür, qadınlarda da bu hormon mövcuddur, ancaq o qədər az səviyyədədir ki, bu onlarda əzələ böyüməsini təmin edə bilmir. Qadınlarda olan testosteron miqdarı ibtidai sinifdə oxuyan uşaqdakı qədərdir.

Xaricdə gördüyümüz böyük əzələli “bodybuilder” qadınların hamısı kənardan kimyəvi maddələrdən (anabolik steroidlərdən) istifadə edərək özlərinə testosteron hormonu vururlar və onun üçün bu cür əzələli olurlar. Həmçinin əzələli görünüşə sahib olmaq üçün ən az həmin qadınlar qədər davamlı məşq, qidalanma və yuxu rejiminiz olmalıdır. Hər bir normal insanın çəkisinin təxminən 25-30 faizi əzələdən ibarətdir. Ümumiyətlə, hər bir insanın bədənində təxminən 640 dan çox əzələ mövcuddur. Bu say qadınlarda da belədir”.

TƏK PƏHRİZLƏ İDEAL BƏDƏNƏ SAHİB OLMAQ MÜMKÜNDÜR?

X.Səlimov qadınlara pəhrizlə birlikdə idman etməyin vacibliyindən danışıb:

“Bəzi xanımlar pəhrizlə bərabər ağırlıqlarla işləməyə başlıyırlar. Müəyyən müddətdən sonra yağ faizi azalır, əzələlər bir qədər üzə çıxır. Bunun da ağırlıqlar nəticəsində olduğunu düşünürlər. Bu prosesin özü belə çox çətin və ciddidir. Yəni yağ faizini minimuma salmaq və əzələləri görünür səviyyəyə gətirmək üçün çox ciddi çalışmaq lazımdır. Bunun üçün xüsusi pəhriz planları və məşq prosesləri var. Bəzi xanımlar evdə pəhriz saxlamaqla arıqlayacağını və gözəl görünüşə sahib olacağını düşünür. Bəli, düzgün pəhriz planı ilə artıq çəkilərdən azad olacaqsınız. Ancaq bu proses tək pəhrizlə olduğu üçün dəridə çatlar və sallanmalar görüləcək. Bu da görünüşcə çox eybəcər olacaq".



Məşqçi bildirib ki, düzgün edilməyən idman və pəhriz insan sağlamlığı üçün ziyandır:

"İdman zalına gələn xanımların əksəriyyəti isə ancaq kardio aparatlara yaxınlaşıb, kardio məşqlər etməyə çalışırlar və bununla bərabər ciddi pəhriz saxlayırlar. Bu, onların çəki itirməsinə kömək edəcək. Ancaq müəyyən müddətdən sonra həmin xanımlarda əzələ itkisi belə ola bilər. Bu da insan sağlamlığı üçün ziyanlı və ciddi bir şeydir. Bu zaman insan halsızlaşır, yorğun və çox gücsüz olur. Ancaq ağırlıqlarla çalışan və pəhriz saxlayan xanımlarda əzələ itkisi qorxusu nisbətən az olur.

Əziz xanımlar, siz məşq eləməklə, yalnızca artıq çəkilərdən azad olub, fit və gözəl bədən quruluşuna sahib ola bilərsiniz. Ağırlıqlar vasitəsilə də çalışmaqla sadəcə gücünüzü nisbətən artıracaqsınız. Alış-veriş edərkən, ərzaqla dolu zəmbilinizi və ya içi dolu çiyin çantanızı yorulmadan və kimsənin köməyi olmadan rahatlıqla daşıya biləcəksiniz. Düzgün məşq, qidalanma proqramı vasitəsilə gözəl və fit bədən quruluşuna sahib olmaq üçün ən tez müddətdə Ppeşəkar bir fitnes kluba və savadlı məşqçilərə müraciət edin”.

Ünvan: Mirəli Qaşqay 28 (ABŞ səfirliyinin yanı)

Tel.:  (012) 440 91 99

Mob.: (055) 440 91 99