523 yeni yoluxma - 9 nəfər vəfat etdi

523 yeni yoluxma - 9 nəfər vəfat etdi
1335 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Axşam.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 20 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib, 8332 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6722 koronavirus testi aparılıb.