Teatr onlayn tamaşalar hazırlayır

Teatr onlayn tamaşalar hazırlayır
572 dəfə oxunub
  • A-
  • A
  • A+

Ənənəvi olaraq hər il sentyabrda yeni mövsümünə başlayan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı koronavirus pandemiyası ilə əlaqədar karantin şəraitində bu il bir qədər fərqli şəkildə öz tamaşaçıları ilə görüşəcəkdir.

Axşam.az xəbər verir ki, bu məqsədlə teatrın virtual repertuarı tərtib edilmiş və ilk olaraq sentyabrın 19-da opera həvəskarları internet üzərindən (teatrın www.tob.az saytında və youtube  kanalında) dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşasını seyr edə biləcəklər.

Tamaşada əsas rolları Əməkdar artistlər Ramil Qasımov (Koroğlu), İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan) və b. ifa edəcəklər.

Eyni zamanda sentyabrın 20-də F.Əmirovun "Min bir gecə" baleti,  sentyabrın 23-də M.Maqomayevin "Şah İsmayıl" operası, sentyabrın 26-da V.A.Motsartın "Hamı belə edir" operası, 27-də N.Əliverdibəyovun "Cırtdan" uşaq operası və sentyabrın 30-da Q.Qarayevin "Yeddi gözəl" baletinin  tamaşaları nümayiş olunacaqdır.