2020-ci ilin rəngi - Klassik mavi

2020-ci ilin rəngi - Klassik mavi
11134 dəfə oxunub
  • A-
  • A
  • A+

“Pantone” şirkəti 2020-ci ilin rəngini açıqlayıb.

Axşam.az xəbər verir ki, Amerikada yerləşən şirkət 2020-ci ilin rəngini klassik mavi olaraq təyin edib.

Bildirilir ki, sözügedən rəng insanın ruhuna hüzur və sakitlik gətirir. Bu rəngin digər faydaları arasında diqqətli olmağa kömək etmək də var.

Qeyd edək ki, 1950-ci ildə Nyu-Yorkda qurulan “Pantone” şirkəti 2000-ci ildən bəri Panton Rəng İnstitutu vasitəsiylə ilin rəngini müəyyənləşdirir.