Rəngini göstər!

Rəngini göstər!
11733 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər birinin ayrı bir obrazı, hafizəmizdə ayrı yeri var.

Axşam.az qırmızı, qara, mavi və sarı rənglə ağıllarda qalan məşhurları təqdim edir:

Sindi Kraford 1991-ci ildə 63-cü Akademiya mükafatlarında dərin dekolteli qırmızı libas geyinmişdi. “Versace”a məxsus geyim o qədər danışılıb ki, ona aid Vikipediya səhifəsi belə yaradılıb.

1955-ci ildə istehsal edilən “Oğrular kralı” filmindəki ən yaxşı səhnələrdən birində Qreys Kelli açıq mavi şifon bir əlbisədə görünür. Ən məşhur dizaynerlərdən olan Edit Hidin ərsəyə gətirdiyi libas Kellinin canlandırdığı Fransis Stivens obrazının varlı olmasına diqqət çəkmək üçün xüsusi hazırlanıb.

Sarı rəngi ondan soruşmaq lazımdır! Rihanna – 2015-ci ildə Mit Qalada geyindiyi kənarları kürk sarı libasla, həcmi və kütləsi ilə tədbirin ən iddialı qadını olmaqla yanaşı, dəb tarixinə adını da yazdırıb. Çinli dizayner Cuo Pey imzalı bu kostyum sosial mediada da günlərlə danışıldı.

Qabriel Bonhör Koko Şanel və qara deyiləndə ağlımıza gələn ilk adlardan biridir. Dəb lüğətinə “little black dress” sözünü gətirən şəxsdir. 1926-cı ildə hazırladığı qara mini libasın fotosu “Vogue Amerika”da yayımlanmışdı. Bununla da, Koko Şanel bütün qadınların zövqünə xitab edən “ortaq bir uniforma” yaratmış oldu. “Vogue Amerika” bu libası Şanelin “Ford”u olaraq təqdim etmişdi.