Brillanta "zövqsüz" dedi - "Toydakılar ondan yaxşı geyinir"

Brillanta "zövqsüz" dedi -   "Toydakılar ondan yaxşı geyinir"
5119 dəfə oxunub
  • A-
  • A
  • A+
Stilist Anar Ağakişiyev şou-biznesin tanınmış simaları haqda fikirlərini bildirib.

Axşam.az-ın məlumatına görə, "ATV maqazin onlarla"ya qonaq olan Anar Xalq artisti Brilliant Dadaşovanın da tərzini pisləyib:

"Səmra şou-biznesdə Aygün Kazımovadan sonra bir çox çevrilişlər edəcək. Roza Zərgərli mənim üçün qapalı kitabdır. Mən təbiiyəm, sünilikdən qaçıram. Onu oxuya bilmərəm. Çünki mən ensiklopediya oxuyuram. Elza Seyidcahan qədər zövqü yoxdur. Aygün Kazımova və Röya qədər də zövqlü deyil.
 
Brilliant Dadaşova zövqlü xanımlar sırasında deyil. Sənətkardır, sənəti gözəldir. Toy məclisinə gedəndə, oradakılardan fərqlənmir. Hətta qonaqlar içərisində ondan yaxşı geyinənlər olur. İstəyirsən götürüb yerlərini dəyişdirəsən.

Xatirə İslam xaricdən götürür və onları gözəl formada təkrarlayır. Sevda Ələkbərzadəni bəyənmirəm. Çalışır, amma tərzini tapmır.

Şəbnəm Tovuzlu səhnəyə Sibel Can kimi çıxır, amma olmur. Məncə, Madonnadan örnək götürsün".

Anar küsülü olduğu müğənni Nigar Camalı tənqid edib. O, ifaçını "zövqsüz" adlandırıb:

"40 il əvvəl geyindiyi paltarla səhnəyə çıxır. Məcbursan, səhnədə gözəl görsənməlisən. Mən Nigarda zövqün "z" hərfini görmürəm. Parıltılı corablardan yeni çıxıb. Nigarın zövqü Rihanna, Beyons kimi ola bilməz. Heç tamaşaçı da onun kimi zövqsüz geyinməz".