Koronavirus bu yollarla da keçə bilər - Ehtiyatlı olun!

Koronavirus bu yollarla da keçə bilər - Ehtiyatlı olun!
21571 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın bəlasına çevrilən "COVID-19" yeni tip koronavirus haqqında yeni faktlar ortaya çıxıb.

Axşam.az xəbər verir ki, çinli alimlərin araşdırmalarına görə, epidemiya təkcə tənəffüz yolları ilə deyil,  göz yaşı və  konyunktival ifrazatı vasitəsilə də keçə bilər.

Belə ki, çinli mütəxəssislər 26 yanvar-9 fevral tarixlərində yoluxan 30 xəstədən götürülmüş nümunələr əsasında araşdırma aparıb. Məlum olub ki, xəstələrdən birindən götürülmüş iki göz yaşı və konyunktival ifrazat nümunələrində koronavirus testləri müsbət çıxıb.

Bu səbəbdən xəstəxana işçilərinə xəstələri müayinə edərkən təkcə maska deyil, eynəklərdən də istifadə məsləhət görülüb.