"Niyə özünə fikir vermirsən?" deyib arvadını öldürdü

"Niyə özünə fikir vermirsən?" deyib arvadını öldürdü
6585 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin İzmir şəhərində yaşayan faciə ölkə gündəmini zəbt edib.

Axşam.az xəbər verir ki, İbrahim Tekin adlı şəxs 18 illik həyat yoldaşı Filiz Tekini özünə baxmamaqda günahlandıraraq öldürüb.

Evə içkili gələn İbrahim Filizə "Səni artıq bəyənmirəm. Niyə özünə fikir vermirsən?" deyərək arvadının başını dəfələrlə divara çırpıb. Qadının huşunu itirməsinə baxmayaraq, onu xəstəxanaya aparmayan İ.Tekin uşaqlarına bu barədə heç kimə məlumat verməməyi tapşırıb. Övladlarından biri isə dostunun telefonundan hadisəni xalasına xəbər verib. Bundan sonra qadının bacıları gələrək, Filizi xəstəxanaya aparıblar.

Müayinə zamanı onun başından aldığı zərbələrə görə menengit keçirdiyi və onurğa beynində 3 sm qırıq olduğu müəyyənləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, qadın xəstəxanda dünyasını dəyişib.

Hadisəni törədən İ.Tekin isə saxlanılıb. O, törətdiyi əməli etiraf edib.