Koronavirusa görə boşanmalar təxirə düşdü

Koronavirusa görə boşanmalar təxirə düşdü
1804 dəfə oxunub
  • A-
  • A
  • A+

İranda geniş yayılmış koronavirusa görə boşanmalar təxirə salınıb.

Axşam.az xəbər verir ki, bunu İranın Mazandaran əyalətinin sosial xidmətlər üzrə rəhbəri Ferzad Goherdehi söyləyib. O, ölkədə artan epidemiya təhlükəsi ilə əlaqədar təxirə düşən tədbirlər siyahısına boşanma üzrə məhkəmə proseslərinin də daxil edildiyini vurğulayıb. Bildirib ki, qərar martın 20-dək qüvvədə olacaq.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkə ərazisində sözügedən virusa yoluxanların sayının 6 mini keçdiyini, ölənlərin isə 194 nəfər olduğunu açıqlayıb.