İtaliyada bir sutkada 368 nəfər öldü

İtaliyada bir sutkada 368 nəfər öldü
1590 dəfə oxunub
  • A-
  • A
  • A+

İtaliyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 368 nəfər təşkil edib.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin başçısı Ancelo Borrelli məlumat verib. O, bununla da pandemiyadan ölənlərin sayının 1809 nəfərə çatdığını bildirib.

Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 20 603 nəfər təşkil edir.

Daha əvvəl İtaliyada koronavirusdan 1 441 nəfərin öldüyü, 17 750 nəfərin yoluxduğu deyilirdi.