Türkiyədə pandemiyadan ölənlərin sayı 2 dəfə artdı

Türkiyədə pandemiyadan ölənlərin sayı 2 dəfə artdı
5714 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə koronavirusa yoluxanların sayı gün ərzində iki dəfə artıb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. O, hazırda ölkədə virusa yoluxanların sayının 670 nəfərə çatdığını bildirib.

Nazir eyni zamanda ölü sayında da artım olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölənlərin sayı 9 nəfər olub.  

Qeyd edək ki, daha əvvəl Türkiyədə koronavirusa yoluxanların sayının 191 nəfərdən 359 nəfərə yüksəldiyi, 4 xəstənin öldüyü bildirilmişdi.