Gürcüstanda fövqəladə vəziyyət elan olundu

Gürcüstanda fövqəladə vəziyyət elan olundu
4557 dəfə oxunub
  • A-
  • A
  • A+

Gürcüstan hoküməti koronavirus pandemiyası ilə əlaqədar bir ay müddətinə fövqəladə vəziyyət elan edib.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Giorgi Qaxariya keçirdiyi xüsusi brifinqdə bildirib.

Fövqəladə vəziyyət rejimi artıq təyin edilmiş parlament iclasından sonra elan ediləcək.

Qeyd edək ki, Gürcüstan koronavirus pandemiyasına görə xüsusi hallar istisna olmaqla, əcnəbilər üçün sərhədləri 18 mart tarixindən iki həftəliyə bağlayıb. Martın 20-də isə bütün istiqamətlərdə uçuşlar ləğv edib.

Bu günə qədər ölkədə 47 nəfər epidemiyaya yoluxub, 1 nəfər sağalıb.