İspaniyada bir gündə 394 nəfər pandemiyadan öldü

İspaniyada bir gündə 394 nəfər pandemiyadan öldü
1246 dəfə oxunub
  • A-
  • A
  • A+

İspaniyada koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir.

Axşam.az xəbər verir ki, ölkədə virus bir gündə 394 nəfərin həyatına son qoyub. Bununla da İspaniyada pandemiya səbəbindən qurbanlarının sayı 1 720 nəfərə çatıb. Bundan başqa, hazırda 28 572 nəfər koronavirus daşıyıcısıdır. Ən çox yoluxma halı Madriddə qeydə alınıb - 9 702 nəfər.

Qeyd edək ki, ötən gün İspaniyada koronavirusa 24 926 nəfərin yoluxduğu, 1 326 nəfərin isə virusdan öldüyü xəbəri yayılmışdı.