Merkel də karantinə alındı

Merkel də karantinə alındı
2645 dəfə oxunub
  • A-
  • A
  • A+

Almaniya kansleri Angela Merkel ev karantininə alınıb.

Axşam.az xəbər verir ki, buna səbəb Merkelə bir müddət əvvəl iynə vuran həkimdə koronavirusun aşkar olunmasıdır.

Kansler bu barədə bu gün keçirdiyi mətbuat konfransından sonra xəbər tutub və evdə karantində qalmaq qərarı verib. O, bundan sonra öz vəzifələrini karantin şəraitində icra edəcəyini açıqlayıb.

Qeyd edək ki, mətbuat konfransında karantin qaydalarının sərtləşməsi haqqında qərar açıqlanıb. Belə ki, iki həftə ərzində Almaniya vətəndaşlarına iki nəfərdən çox olmaqla toplaşmaq qadağan edilib.