Türkiyədə hürkütən rəqəmlər - 501 ölü

Türkiyədə hürkütən rəqəmlər - 501 ölü
5359 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə son bir gündə 76 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 501 nəfərə yüksəlib. Onun sözlərinə görə, son 24 saat ərzində koronavirusa yoluxanların sayı 3 013 nəfər artaraq 23 934-ə çatıb.

Həmçinin qeyd olunub ki, indiyə kimi 786 xəstə sağalaraq evə buraxılıb.