Xalq artisti Gülyanaq Məmmədova ilk dəfə fərqli obrazda makiyaj və saç düzümü etdirib.

Axşam.az xəbər verir ki, müğənni yeni fotolarını İnstaqram izləyiciləri ilə bölüşüb. G.Məmmədovanın makiyajını izləyicilər tənqid ediblər.

İfaçı ünvanına sərt sözlər yazan sosial şəbəkə istifadəçilərini cavabsız qoymayıb.

"Ayıbdır, sizə yaraşdırmadım. Burada "şpaklyovka" var? Sizə bu sözləri kim yazdırır? Bütün makiyaj çəkilişləri belə olur. Sənətkarı sevən onu hər halı ilə sevər, dəstək olar. Sizin davanız bəzənənlə deyil, bəzəyənlədir. Nahaq edirsiz, günahdır. Yazdıqlarınıza diqqət edin" deyə, G.Məmmədova tənqidlərə münasibət bildirib.

 
 
 
 
 


                 

Xəbər lenti