Ölkənin lider riteyl şəbəkələrindən olan Kontakt Home Bakıda Ukrayna dairəsi və Sumqayıtda 10-cu mikrorayon ünvanlarında 2 nəhəng mağazasını təqdim edib. Müvafiq olaraq 4000m2 və 4900m2 sahəyə malik mağazalar nəinki Azərbaycanın, ümumilikdə Qafqaz regionunun ən böyük elektronika və mebel mağazalarıdır.

Axtardığınız hər şey bir mağazada

3000-dən yuxarı fərqli çeşidə malik mağazalarda hər müştərinin zövqünü oxşayacaq məhsul var. Hər biri 3 mərtəbədən ibarət mağazaların 1-ci mərtəbəsində rəqəmsal texnikanın, böyük və kiçik məişət texnikasının, qab-qacaq çeşidlərinin, velosiped, skuter, seqvey və digər nəqliyyat vasitələrinin; 2-ci mərtəbəsində qonaq, yataq və yumşaq mebellərin, ev aksessuarlarının geniş çeşidi təqdim olunub. Başqa sözlə, Mənfi 1-ci mərtəbədə isə yaxın gələcəkdə “Outlet” bölməsi fəaliyyət göstərəcək.

 


30-dan çox dünya brendinin böyük məhsul çeşidi ilə müştərilərin zövqünü oxşamağa çalışan Kontakt Home – hər kəsə istədiyi məhsulu bir məkanda tapmaq imkanı yaradır.

Alış-veriş əsl əyləncəyə çevriləcək

 


Kontakt Home müştərilərin rahatlığı və əyləncəsi üçün hər şey düşünüb. Heç kəs bu mağazalarda sıxılmayacaq. Samsung zonasında siz brendin kiçik dünyasına düşəcəksiniz. Öz qəhvənizi dəmləyib zonanı gəzə, Samsung-un ən son və flaqman modellərini canlı test edə bilərsiniz. Bu mağazalarda Samsung-un Air Dresser və Twin Cooling kimi eksklüziv məhsullarını da tapmaq mümkündür. Apple-ın rəsmi satış mərkəzi olan Kontakt Home məhz bu mağazalarda Apple məhsulları üçün xüsusi güşə ayırıb. Gəlin və “Alma”nın dadına məhz bu mağazalarda baxın. Qəhvə ətirli Delonghi zonası, smart konseptli Mi zonası və digər brend zonalar mütləq diqqətinizi çəkəcək.

 


Kontakt Home mağazaya övladları ilə gələn müştəriləri də unutmayıb. Yeni açılan mağazalarda Uşaq Zonası da fəaliyyət göstərir. Burada balacalar əyləşərək planşetdə sevdikləri oyunları oynaya və cizgi filmlərini izləyə bilər.

Bu mağazaların digər özəlliyi də mövcud olan Oyun Zonasıdır. Burada mağaza ziyarətçiləri ən populyar videooyunları oynayaraq əyləncəli vaxt keçirə bilərlər.

 

“Kontakt Home”-un digər mağazaları kimi, bu mağazalar da müştərilər üçün çox uyğun zonalarda yerləşir: “Ukrayna dairəsi” mağazası Bakı şəhəri, Xətai r-nu, Məhəmməd Hadi ev.2372 (Ukrayna dairəsinin yaxınlığında), “10-cu mikrorayon” mağazası isə Sumqayıt şəhəri, 10-cu mikrorayon (Keçmiş Qədili ticarət mərkəzi) ünvanında yerləşir.

Açılışa özəl 50%-dək endirimlər, çox sərfəli hissəli alış şərtləri

Məhz “Ukrayna dairəsi” və “Sumqayıt 10-cu mikrorayon” mağazalarının müştərilərini açılışa özəl xüsusi təkliflər gözləyir. Nağd alışda 50%-dək endirimlərdən, yaxud ilkin ödənişsiz, 18 ayadək faizsiz hissə-hissə ödəniş şərtlərindən yararlanmaq üçün sentyabrın 13-dək bu mağazalara gəlin.

 

Belə ki, açılış münasibətilə:
- Bütün telefonları ilkin ödənişsiz və 12 ay faizsiz;
- Bütün televizorları və məişət texnikasını ilkin ödənişsiz və 18 ay faizsiz;
- Bütün mebelləri isə ilkin ödənişsiz və 24 ay faizsiz hissə-hissə ödənişlə əldə edə bilərsiniz.

Əlavə olaraq, yalnız sentyabrın 13-dək hər növ məhsulu 50%-dək endirimlə əldə etmək imkanınız var
Sizə ən yaxın “Kontakt home” mağazasını buradan tapa bilərsiniz. Bütün kampaniya, müsabiqə və endirimlərdən xəbərdar olmaq üçün "Kontakt Home"u "Instagram"da izləyin, yaxud *6060 Çağrı Mərkəzinə zəng edərək sizi maraqlandıran suallara cavab alın.



                 

Xəbər lenti