Onlar festivalın direktoru Alberto Barbera ilə birlikdə şəkillər çəkdiriblər.
Qeyd edək ki, filmin icraçı prodüserləri Danni Qlover, Susan Rokfeller, ssenaristləri Rəşid Səfər, Hilal Baydarov, bəstəkarı isə Kənan Rüstəmlidir. Filmdə Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oqtay Namazov, Mürvət Əbdüləzizov və başqaları çəkiliblər.
Sentyabrın 2-dən 12-dək keçiriləcək builki festivalın proqramına 18 tam və 15 qısametrajlı film daxil edilib.
Festivalın münsiflər heyətinin prezidenti isə aktrisa Keyt Blanşett seçilib.