Gənc Tamaşaçılar Teatrından “Əsgərə salam” - Video

Gənc Tamaşaçılar Teatrından “Əsgərə salam” -  Video
416 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları "Əsgərə salam" adlı video-müraciət hazırlayıb.

Axşam.az-a teatrın mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə iştirak edən aktyorlar illərlə səhnədə canlandırdıqları qəhrəmanların adından Əsgəri salamlayıblar.

Teatrın repertuarında yer alan, müharibənin ağrı-acısını əks etdirən Anar “Şəhərin qış gecələri”, S.Elsevər “Arzu və Murad”, L.Bəyim, Y.Abramov “Yarımçıq qalmış”, L.Nuren “Müharibə”, Ə.Əmirli “Ünvansız qatar” kimi tamaşalarda əsas obrazları ifa edən aktyorlar ordumuzdan şad xəbərlər gözlədiklərini, tezliklə Qələbə haqqında səhnə əsərləri yaradacaqlarına inamlarını dilə gətiriblər.

Video-çarxı təqdim edirik: