Qubadlının azadlığı uğrunda şəhid olan Milli Qəhrəman, polkovnik Şükür Həmidovla bağlı iki il əvvəl “Aprel yüksəkliyi” adlı sənədli film çəkilib.

Axşam.az xəbər verir ki, ekran işində qəhrəmanımızın döyüş yolu öz dilindən nəql olunur.

Polovnik haqda lentə alınan filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədovdur.

Qeyd edək ki, Şükür Həmidov 1975-ci ildə Qubadlı rayonunda anadan olub. Aprel ayının əvvəlində Lələ təpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülüb. O, oktyabrın 23-də doğma rayonu olan Qubadlı uğrunda gedən döyüşlər zamanı həlak olub.



                 

Xəbər lenti