“Qarabağı bərpa etməyə cümlə hazırız!” - Video

“Qarabağı bərpa etməyə cümlə hazırız!” -  Video
1493 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən “Qarabağı bərpa etməyə cümlə hazırız” adlı videoçarx hazırlanıb.

Axşam.az xəbər verir ki, videoçarx Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” çağırışından ruhlanaraq, onun ətrafında birlik nümayiş etdirən ziyalılarımızın Azərbaycanın mədəniyyət beşiyi – Qarabağın bərpası və inkişafı naminə cümlə hazır olmalarının ifadəsidir.

Videoçarxda Azərbaycanın tanınmış sənətkarlarından Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Məleykə Əsədova, Eyyub Yaqubov, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Əməkdar artistlər Ədalət Şükürov, Fərqanə Qasımova, Bəhram Bağırzadə, Lalə Məmmədova, Əməkdar mədəniyyət işçisi Aşıq Samirə, Bakı Uşaq və Gənclər Teatrının aktyorları və qəlbi Qarabağ həsrəti ilə döyünən digər mədəniyyət xadimləri iştirak ediblər.