İşğalçı Ermənistanınatdığı raket nəticəsində Bərdədə həlak olan 21 mülki şəxs bu gün dəfn edilib.

Axşam.az xəbər verir ki, Türkiyə mediası dəfn mərasimi ilə bağlı material hazırlayıb. Dünyasını dəyişənlərin bir qismi Bərdə, yarısı kənd qəbiristanlığında dəfn olunub.

Yazıda həlak olan 51 yaşlı Fazil Hacıyevdən bəhs edilib. Hacıyevin qardaşı "1993-cı ildəki birinci Qarabağ müharibəsində döyüşüb. İndi aptekdən dərman aldığı yerdə ölüb" deyə, söyləyib.

 

Bildirilib ki, Hacıyevin bir oğlu hazırda cəbhədədir. O, atasının vəfat etdiyini bilmir, hazırda yaralı olduğunu düşünür.

 
 
 
 
 


                 

Xəbər lenti