Ermənilər azərbaycanlıların Sidneydəki aksiyasına mane olmaq istədi - Fotolar

Ermənilər azərbaycanlıların Sidneydəki aksiyasına mane olmaq istədi -  Fotolar
381 dəfə oxunub
  • A-
  • A
  • A+

Avstraliya-Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Birliyinin təşəbbüsü ilə Sidney şəhərində yaşayan azərbaycanlı icması erməni terroruna etiraz olaraq avtomobil yürüşü keçirib.

Axşam.az xəbər verir ki, 100-ə yaxın avtomobilin iştirakı ilə keçirilən avtoyürüş Oubern qəsəbəsinin Road Station küçəsindən start götürüb, mərkəzi küçələrlə dairəvi hərəkət etdikdən sonra həmin ünvanda başa çatıb.

Üzərində üçrəngli Azərbaycan bayraqları və “Qarabağ Azərbaycandır” şüarı asılan avtomobillərdə hərəkət edən yürüş iştirakçıları yerli ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin dinc əhalisinin Ermənistan tərəfindən ağır artilleriya atəşinə tutulmasına çəkiblər.

Həmvətənlərimiz Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kasetli bombalar vasitəsi ilə Bərdə şəhərində törətdiyi terror aktının nəinki beynəlxalq hüquqa zidd addım, eyni zamanda insanalığa qarşı yönəlmiş cinayət olduğunu vurğulayıblar. Güclü yağışa və erməni əsilli şəxslərin yürüş iştirakçılarına mane olmaq cəhdlərinə baxmayaraq, yürüş insidentsiz başa çatıb.