Restoran sahibindən maraqlı aksiya -Foto

Restoran sahibindən maraqlı aksiya -Foto
3261 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev Şuşanın azad edilməsini elan edəndən sonra Bakı küçələrində əhval-ruhiyyə daha da artıb.

Axşam.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, vətəndaşlar küçələrə çıxaraq sevinc hisslərini bölüşürlər.

Bundan başqa, işaə obyektlərindən biri - “Bəyaz” restoranı maraqlı aksiya həyata keçirib. Belə ki, restoran işçiləri stol-stulu küçəyə çıxararaq süfrə açıb. Restoran sahibi insanlara təmənnasız yemək təklif edir.

Azadlıq prospektində yerləşən həmin məkana musiqiçilər də dəvət edilib.