Türkiyəli məşhurlardan Şuşa paylaşımı - Fotolar

Türkiyəli məşhurlardan Şuşa paylaşımı -  Fotolar
5563 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin düşməndən azad olunduğunu elan edib.

Axşam.az xəbər verir ki, bunla bağlı sosial şəbəkədə qısa zamanda minlərlə post yayımlanıb. 

Şuşanın azad edilməsi münasibətilə Azərbaycanı təbrik edənlər arasında türkiyəli məşhurlar da olub.

Müğənni Ebru Gündeş İnstaqram səhifəsində hekayə bölümündə Azərbaycan bayrağını yayımlayıb.

Mustafa Ceceli isə "Qarabağın qəlbi Şuşa 28 il sonra işğaldan azad edildi. Qarabağ Azərbaycandır" sözlərini yazıb.

Murat Boz Şuşa yazılı foto yayımlayaraq Azərbaycan və türkiyə bayraqlarını qoyub.

Ebru Şanlı isə 1992-ci ildə məcburi köçkünlərin fotosunu 2020-ci ildə tankların şəkli ilə birləşdirərək yayımlayıb və "Şuşa erməni işğalından xilas oldu" sözlərini yazıb.

Alişan isə "Şuşa, həsrət bitdi" postunu paylaşıb.